14 C
Baku
Saturday, November 16, 2024

6 il əvvəl müflüs elan olunmuş bankın kreditorlarının tələbləri ilə bağlı məhkəmə keçiriləcək

1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 15 dekabr 2010-cu il tarixli qərarı ilə müflis elan edilməklə iflas prosesinə başlanılması qərara alınmış “Debütbank” ASC-nin ləğvedicisi “AZE Financial Consulting” MMC tərəfindən məhkəmənin təsdiqinə verilmiş 2015-ci ilin IV rübü üzrə qəbul və etiraz edilən kreditorların tələblərinin qeydiyyatının təzələnmiş siyahısının təsdiq olunması məsələsinə baxılması üçün məhkəmə dinləmələri təyin olunub.

Məhkəmə prosesi 25 fevral saat 12:00-da 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin inzibati binasına təyin edilib. İşə hakim Müseyib Bayramovun sədrliyi ilə baxılacaq.

APA-Economics

Son xəbərlər
Digər xəbərlər