13 C
Baku
Friday, November 22, 2024

“Brent”in qiyməti 79.88 dollara çatıb

Neft qiymətləri Yaxın Şərqdə artan münaqişə səbəbindən tədarükdə mümkün fasilələrlə bağlı narahatlıqlar səbəbindən ardıcıl beşinci sessiyadır artıb, Banker.az bu barədə İnterfax-a istinadən xəbər verir.

“Trading Economics” yazır ki, ötən həftə ABŞ-də dərc olunan statistik məlumatlar gözləniləndən daha yaxşı olub və bu, ölkə iqtisadiyyatında mümkün tənəzzüllə bağlı narahatlıqları sakitləşdirib. Həmçinin treyderlərin Federal Ehtiyat Sisteminin (FED) gələn aya kimi faiz dərəcələrini aşağı salacağına inamı güclənib. Bu, yanacağa tələbatın artmasına kömək edib.

Bakı vaxtı ilə saat 9:01-də “Brent” markalı neftin bir barelinin qiyməti 0.22 dollar (0.3%) bahalaşaraq 79.88 dollar olub. Cümə günü “Brent” markalı neftin qiyməti 0.5 dollar (0.6%) artaraq 79.66 dollara çatıb.

Bu vaxta qədər WTI markalı neftin sentyabr fyuçersləri Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron hərraclarda 0.36 dollar (0.5%) bahalaşaraq 77.2 dollar/barelə çatıb. Əvvəlki sessiyada qiymət bir barel üçün 0.65 dollar (0.9%) artaraq 76.84 dollar olub.

Ötən həftə “Brent” 3.7%, WTI isə 4.5% bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər