21 C
Baku
Friday, September 20, 2024

Azərbaycanın boyaları ərəb ölkələrinə ixrac olunacaq

Azərbaycanın boya istehsalçısı olan şirkət məhsullarını Küveytə və digər ərəb ölkələrinə ixrac edəcək.

Bunu “NB Holdinq” Açıq Səhmdar Cəmiyyətinin Marketinq departamentinin direktoru Mahir Quliyev deyib.

Onun sözlərinə görə, həmin ölkələrə “CORELLA” brendi altında istehsal etdikləri boyaları göndərəcəklər, artıq bunun üçün müəyyən müqavilələr bağlanılıb. İxraca bu ilin sentyabr ayından başlamaq nəzərdə tutulur. Bununla yanaşı, şirkət Qazaxıstan, Özbəkistan və Türkmənistan bazarına daxil olmaq niyyətindədir: “Artıq bir neçə ildir ki, Qazaxıstan və Özbəkistan bazarını araşdırırıq. Bu ölkələrin tikinti potensialı böyükdür. Orada bizim məhsulların satışı üçün geniş imkanlar var. Biz də bu imkanları dəyərləndiririk”.

M.Quliyev əlavə edib ki, “AZPOL” və “CORELLA” brendi altında istehsal etdikləri məhsulları artıq Rusiya və Gürcüstana ixrac ediblər.

Son xəbərlər
Digər xəbərlər