13 C
Baku
Saturday, November 23, 2024

Qazaxıstanda xarici neft şirkətləri 30 il ərzində 50 milyard dollardan çox gəlir əldə ediblər

Qazaxıstanda 30 il ərzində 25 xarici neft şirkəti baş podratçı kimi 50 milyard dollardan çox qazanc əldə edib. Bu xarici şirkətlər yerli şirkətləri və mütəxəssisləri öz beynəlxalq layihələrinə cəlb etməlidirlər.

Bu barədə Qazaxıstan Neft-Servis Şirkətləri İttifaqının sədri Almas Kudaybergen bildirib.

Onun sözlərinə görə, Qazaxıstan şirkətləri Yaxın Şərqin neft-qaz bazarına, o cümlədən Qətər və Səudiyyə Ərəbistanına, xarici baş podratçılar vasitəsilə daxil ola bilərlər.

“Düşündük ki, xarici şirkətlərin müəyyən mənəvi borcu var və onlar Qazaxıstan şirkətlərini və mütəxəssislərini öz beynəlxalq layihələrinə cəlb etməlidirlər. Biz bu şirkətlərin baş ofislərinə səfərlər təşkil etdik və razılığa gəldik ki, onlar Qazaxıstan şirkətlərini və mütəxəssislərini cəlb edəcəklər”, – deyə Kudaybergen əlavə edib.

Mənbəazərtac
Son xəbərlər
Digər xəbərlər