24 C
Baku
Friday, September 27, 2024

Çay paketləri necə yaranıb?

Hazır ki günümüzdə insanların böyük əksəriyyəti kiçik çay paketlərindən istifadə etməyə üstünlük verir. Bu zaman lazım olan şey bir paket çayı qaynar su ilə dolu fincana salıb cəmi yarım dəqiqə gözləməkdir. Budur bir neçə saniyə ərzində çayınız hazırdır. Və məhz Tomas Sallivan olmasaydı bu mümkün olmayacaqdı. 

Tomas Sallivan isə kiçik çay paketlərini yalnışlıqla icad etmişdi. 1908-ci ildə o Nyu-Yorkda çay ticarəti ilə məşğul olurdu və müştərilərinə çay nümunələrini göndərməyin daha rahat üsulunu axtarırdı. Bu zaman Sallivan çay paketlərini qutularda deyil, kiçik ipək torbalarda göndərməyi sınaqdan keçirdi. Onun bir çox müştərisi bu torbaların elə bu formada istifadə edildiyini zənn edərək onları fincanların içərisinə atmışlar. Məhz bu müştərilər daha sonradan Sallivana bildirmişlər ki, ipək bu cür dəmləmələr üçün çox da uyğun deyil və ona marledən (cunadan) istifadə etməyi məsləhət görürlər.

1920-ci ildə çayın kiçik paketlərdə istehsalı üçün sərmayə yatırılır. Kiçik çay paketləri bu zaman böyük və kiçik olmaqla iki ölçüdə buraxılırdı. Bundan sonra isə dəmlənmiş çay paketlərini fincandan çıxarmaq üçün ona ip də əlavə edildi.

Son xəbərlər
Digər xəbərlər