11 C
Baku
Tuesday, November 26, 2024

Azərbaycanda vergi ödəyicilərinin sayı 6 % artıb

Bu il avqustun 1-nə Azərbaycanda ötən il avqustun 1-i ilə müqayisədə 6,3 % çox – 1 milyon 562 min 960 vergi ödəyicisi olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında bildirilir.

Məlumata görə, bunun 87,2 %-i fiziki şəxslər, 12,8%-i hüquqi şəxslər və digər təşkilatlar olub. Son 1 ildə fiziki şəxslərin sayı 6,1 %, hüquqi şəxslərin sayı 7,4 % artıb.

İyulun sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı 183 528 vahid təşkil edib və illik müqayisədə 8,1 % artım qeyd alınıb.

Yanvar-iyul aylarında ölkədə 7 426 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 6 616-sı (89,1 %) yerli investisiyalı, 810-u (10,9 %) xarici investisiyalı müəssisələrdir. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 5 985-i (80,6 %-i) elektron qaydada, onların isə 4 832-si “Asan İmza” ilə, 1 140-ı yeni üsulla (finkod+mobil nömrə), 13-ü “SİMA” rəqəmsal imzası vasitəsilə edilmiş müraciətlər əsasında qeydə alınıb.

Avqustun 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 38 101 vahid təşkil edərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,7 % artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32 % təşkil edib.

Həmin tarixə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,1 %-i məhdud məsuliyyətli cəmiyyət, 1,2 %-i səhmdar cəmiyyət, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb.

2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 11,2 % artıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər