13 C
Baku
Saturday, November 23, 2024

Xalq Bankdan Visa Platinum Business kartını pulsuz əldə edin

®Xalq Bank biznes sahibləri üçün növbəti kampaniyaya start verir. 12 sentyabradək fərdi sahibkar və hüquqi şəxslər Xalq Banka müraciət edərək 1 illik Visa Platinum Business kartını pulsuz, 2 və 3 illik kartı isə satış qiymətinə 50% endirimlə sifariş edə bilərlər.

Müştərilər Visa Platinum Business kartını əldə edərək işgüzar səfərlər zamanı dünyanın istənilən nöqtəsində premium xidmətlərdən rahatlıqla yararlanma imkanı əldə edirlər. Kart öz sahibinə səfər zamanı səyahət sığortası, LoungeKey proqramı çərçivəsində müxtəlif hava limanlarının biznes zallarına ödənişsiz keçid, peşəkar Visa konsyerj servisi, eləcə də hava limanlarında fəaliyyət göstərən sürətli keçid (Fast Track) xidmətini təklif edir. Özü və əməkdaşları tez-tez ezamiyyətlərdə olan biznes sahibləri Visa Platinum Business kartının sərfəli şərtləri və xərclərə nəzarət imkanlarından faydalana bilərlər. Kart hesabına onlayn nəzarət və müxtəlif bank əməliyyatlarının məsafədən icrası XalqOnline mobil tətbiqilə rahatlıqla mümkündür. Kart müxtəlif valyutalarda və 1/2/3 il müddətinə təqdim edilir.

Kart sifarişini Bankın filiallarında, yaxud XalqOnline tətbiqində həyata keçirmək mümkündür.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər