ABŞ İsrailə 20 milyard dollardan çox silah, o cümlədən 19 milyard dollarlıq F-15 təyyarələri və avadanlıqları, 774 milyon dollarlıq tank sursatları, 60 milyon dollarlıq minaatan və 583 milyon dollarlıq ordu maşınlarının satışını təsdiqləyib, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.
F-15 qırıcılarının istehsalının illər çəkəcəyi, tədarükün 2029-cu ildə başlanacağı gözlənilir. Pentaqonun məlumatına görə, qalan avadanlığın tədarükü 2026-cı ildə və ya daha tez başlayacaq.
Avqustun 12-də ABŞ HƏMAS siyasi büro rəhbərinin öldürülməsinə cavab olaraq İranın İsrailə qarşı silsilə hücumlarına hazırlaşdığını bildirib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin sözlərinə görə, ABŞ israilli həmkarlarının narahatlığını bölüşür və Yaxın Şərqdə hərbi mövcudluğunu artırmaq qərarına gəlib.