23 C
Baku
Friday, September 20, 2024

Azərbaycanın xam neft hasilatı illik müqayisədə 4.4% düşüb

Azərbaycanda xam neft hasilatı 2024-cü ilin ilk yeddi ayında 16 milyon 950.1 min ton olmaqla öncəki illə müqayisədə azalıb.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

2023-cü ilin müvafiq dövründə neft hasilatı 17 milyon 723.2 min ton idi və bu da cari ildə hasilatın 4.4% düşməsi deməkdir.

Bununla belə, təbii qaz hasilatı illik müqayisədə 4.3% artaraq 29 milyard 457.2 milyon kub-metr təşkil edib. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 23 milyard 869 milyon kubmetr qaz nəql edilib və bunun da 56.2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2024-2025-ci illər üçün orta hesabla gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozu açıqlayıb.

EIA-nın aylıq hesabatına istinadən məlumata görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 610 min barrel təşkil edəcəyi ehtimal edilir, bu da öncəki proqnoz göstəricisinə bərabərdir.

Bununla yanaşı, EIA-nın ehtimalına görə, gələn il ölkədə ortalama gündəlik neft hasilatı 650 min barrel səviyyəsində olacaq (öncəki proqnoz – 660 min barel).

Son xəbərlər
Digər xəbərlər