“AccessBank” QSC 2024-cü ildə işçi sayını 58 nəfər və ya 4 faiz artırıb.
Banker.az xəbər verir ki, kommersiya bankının 1 iyul 2024-cü il tarixinə 1471 nəfər işçisi olub.
Bu 2024-cü ilin ikinci rübünün əvvəli 1408 nəfər, ilin əvvəli isə 1413 nəfər idi.
Bank cari ilin ilk yarısında işçi heyətinə 21.58 milyon manat əməkhaqqı xərci çəkib ki, 2023-cü ilin eyni dövründəki 19.7 mln. manatı 9.5 faiz üstələyib.