14 C
Baku
Sunday, November 24, 2024

Böyük Britaniya ÜDM-i 0.6% artıb

Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) bu gün “Reuters”in sorğusunda iştirak edən analitiklərin proqnozlarına uyğun olaraq, ölkənin ÜDM-nin ikinci rübdə 0.6% artdığını bildirib. İllik artım 0.9% təşkil edib. Qeyd edildiyi kimi, Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0.7% yüksəlib.

İkinci rübdə artımın aparıcı qüvvəsi xidmət sektoru (+0.8%) olub. Bu sektorda elmi-tədqiqat fəaliyyəti (+11%), informasiya və kommunikasiya texnologiyaları (+1.7%), nəqliyyat xidmətləri (+2.2%) kimi alt sektorlarda fəallıq daha çox artıb, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

İstehsal fəaliyyəti birinci rübdə 0.6% artdıqdan sonra ikinci rübdə 0.1% azalıb. Sənaye istehsalı birinci rübdə 1.1% artdıqdan sonra 0.6% düşüb. İkinci rübdə ev təsərrüfatlarının istehlakı 0.2% artıb, birinci rübdə artım 0.4% təşkil edib.

“İkinci rüb üçün dərc olunmuş ÜDM məlumatları Britaniya iqtisadiyyatının tənəzzüldən sonra bərpa tendensiyasını təsdiqləyir. İyun ayında istehlakı yavaşlatan geniş tətillərə və pis hava şəraitinə baxmayaraq, bərpa qeydə alınıb”, – sənəddə deyilir.

Son xəbərlər
Digər xəbərlər