10 C
Baku
Tuesday, November 26, 2024

Qazaxıstan Rusiyaya qarşı bəzi sanksiyalara qoşulmayacağını bildirib

“Qazaxıstan anti-Rusiya sanksiyalarının yalnız bir hissəsinə əməl edəcək”.

Bunu “Bloomberg“ agentliyinə müsahibəsində bu ölkənin ticarət naziri Serik Jumanqarin deyib.

Onun sözlərinə görə, hökumət sadəcə bəzi ticari qadağalara qoşulacaq, dövlət maraqlarına toxunan sanksiyalara isə qoşulmayacaq. Nazir açıqlayıb ki, xüsusilə də maşınqayırma sənayesində istifadə olunan qurğuların Rusiya tərəfinə satışından imtina olunmayacaq.

S. Jumanqarin bir qədər əvvəl ABŞ-nin sanksiya siyahısına daxil olan şirkətlərin ləğvetmə prosesində olduğunu açıqlayıb. Qazaxıstanlı nazir bu qadağalardan əziyyət çəkən yerli şirkətlərin 40 faiz həcmində zərərlə işlədiyini, dövlət büdcəsinin isə ciddi itkilərə məruz qaldığını sözlərinə əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər