13 C
Baku
Friday, November 22, 2024

Çin Britaniyanın bütün elektrik istehsalına bərabər “təmiz enerji” istehsal edib

Bu ilin birinci yarısında Çin Böyük Britaniyanın keçən ilin eyni dövründə bütün mənbələrdən istehsal etdiyi qədər “təmiz enerji” istehsal edib. Dünyanın ən böyük istixana qazı emissiyası mənbəyi olan Çində külək və günəş enerjisinin artımı davam edib.

Enerji və Təmiz Hava Tədqiqatları üzrə Analitik Mərkəzin (CREA) son məlumatlarına əsasən, iyulda Çində kömür və qazdan elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz azalıb.

Son rəqəmlər Çinin günəş və külək generasiyası üzrə rekord həcmlərə çatdığını təsdiqləyir. Analitiklərin sözlərinə görə, bu transformasiya iqlim fəlakətinin qarşısının alınmasına dair dünyanın ən yaxşı ümidi ola bilər.

Vaşinqtondakı Asiya Siyasi İnstitutunun Çin İqlim Mərkəzinin direktoru Li Şuonun sözlərinə görə, yaşıl texnologiyalara gəldikdə Çin bütün rəqiblərini qabaqlayır. Çin real üstünlüyə malikdir və o, nəhəng yaşıl sənaye yaradıb.

Elektrik avtomobillərinin istehsalı sürətlə artır. Poladtökmə sənayesində də dəyişikliklər baş verir: bu ilin birinci yarısında kömürlə işləyən elektrik stansiyalarının tikilməsinə bircə dənə olsun icazə verilməyib.

Dünyanın karbon emissiyasının təxminən dörddə biri Çinin payına düşür – dünyanın bütün inkişaf etmiş ölkələrinin birlikdə payına düşdüyü qədərdir. Çin olmadan iqlim dəyişmələri ilə mübarizə üçün effektiv qlobal hərəkətlər mümkün deyil.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər