24 C
Baku
Thursday, September 19, 2024

Azərbaycanda fond bazarının vahid ticarət və nəzarət sistemi istifadəyə verilir

Azərbaycanda Qiymətli Kağızlar Bazarının Vahid Ticarət, Ticarətsonrası və Nəzarət Sistemi istifadəyə verilir.

Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Bəxtiyar Əzizov məlumat verib və bildirib ki, bu sistem yeni alətlərin ticarətinə imkan verəcək. B.Əzizov əlavə edib ki, həmçinin sistem bazar iştiralçılarına təhülkəsiz və yüksək səviyyədə ticarət imkanları təqdim edir.

Onun sözlərinə görə, yeni sistem əvvəlkilərdən tamamilə fərqlənir və yeni ticarət arxitekturası real vaxt rejimində işlənməsini özündə ehtiva edir. Bu da ticarətin ədalətli, şəffaf təşkili, risklərin idarə edilməsi üçün əlverişli mühit yaradır.

“Sistemin yaradılması “Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi”nin bazar infrastrukturunun sadələşdirilməsi komponenti çərçivəsində həyata keçirilir. Bura komponentlər arasında elektron interfeysin, bazarın işləmə səviyyəsinin artırılması, bazar infrastrukturunun sadələşdirilməsi və s. daxildir”, – deyə QKDK rəsmisi əlavə edib.

Qeyd edək ki, 2015-ci ilin dekabrından etibarən “Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi”nin “Kapital bazarının informasiya sistemləri” komponenti çərçivəsində əldə edilmiş vahid ticarət, post-ticarət və nəzarət platformaları üzrə sınaqlara və istifadəçi təlimlərinə start verilib. Bu çərçivədə Koreyadan 40 nəfərlik nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Bu müddət ərzində QKDK, Milli Depozit Mərkəzi və Bakı Fond Birjasının əməkdaşları ilə birlikdə proqram təminatının sınaq işləri, eyni zamanda Koreya Birjasının nümayəndələri tərəfindən yerli mütəxəssislərə sistemlərdən istifadə üzrə təlimlər keçirilib.

Report

Son xəbərlər
Digər xəbərlər