15 C
Baku
Saturday, October 19, 2024

Britaniyalı multimilyonçu və amerikalı bankir Siciliya sahillərində itkin düşüb

Britaniyalı multimilyonçu və böyük bankir Siciliya sahillərində itkin düşüb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Autonomy” proqram təminatı şirkətinin həmtəsisçisi, britaniyalı multimilyonçu Mayk Linç “Bayesian” yaxtasının Siciliya sahillərində qəzaya uğramasından sonra itkin düşüb. Batan gəminin göyərtəsində 22 nəfər olub. İş adamının həyat yoldaşı Anjela Bakares və daha 15 nəfər xilas edilib, bir nəfər ölüb, 6 nəfər itkin düşüb.

İtaliya hakimiyyəti bildirir ki, itkin düşən 6 nəfər arasında “Morgan Stanley Internationa”ın sədri, multimilyonçu Conatan Blumer və onun həyat yoldaşı var. Linçin 18 yaşlı qızı, həmçinin vəkili Kristofer Morvillo da hələ tapılmayıb.

Qeyd edək ki, bazar ertəsi yerli vaxtla səhər saat 5 radələrində güclü tornado zamanı “Bayesian” yaxtası məhv edilib. İki multimilyonçu də daxil olmaqla itkin düşənlərin axtarışı davam edir.

Son xəbərlər
Digər xəbərlər