12 C
Baku
Saturday, November 23, 2024

Argentina meymunçiçəyinə yoluxma şübhəsi ilə ticarət gəmisini karantinə alıb

Argentina hakimiyyəti ekipaj üzvlərindən birinin meymun çiçəyi xəstəliyinə yoluxduğuna dair şübhələrə görə ticarət gəmisinə karantin tətbiq edib. Bütün ekipaj üzvlərinə gəmini tərk etmək qadağan edilib. Gəmi taxıl yükləmək üçün Argentinaya gəlib, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

“Infobae”nin Argentina Hərbi Dəniz Liqasındakı mənbəsinə görə, sözügedən gəmi Parana çayı ilə hərəkət edən Liberiya bayraqlı “Ina Lotte” gəmisidir. Gəmi böyük kənd təsərrüfatı limanının yerləşdiyi Rosario şəhərindən bir neçə kilometr aralıda təcrid edilib.

Avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi xəstəliyini fövqəladə vəziyyət elan edib. Virus Konqo Demokratik Respublikasında yayılmağa başlayıb və sonradan Burundi, Keniya, Ruanda və Uqandada yoluxma halları qeydə alınıb. Avqustun ortalarında İsveçdə meymun çiçəyi xəstəliyinə ilk yoluxma halı qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər