Azərbaycanda mikro sahibkarlıq subyektlərində 2024-cü ilin ilk yarısındakı gəlirlər öncəki ili xeyli üstələyir.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsindən gəlirlərlər ilin ilk yarısında 465.87 milyon manat olmaqla öncəki ildə qeydə alınmış 421.79 milyon manatı 10 faiz üstələyir.
Bununla belə, mikro bizneslərdə pərakəndə ticarət dövriyyəsi (ƏDV və aksiz vergisi daxil olmaqla) 119.61 mln. manat olmaqla 33 faiz azalmış olub. Öncəki ilin müvafiq dövründə bu göstərici 178.96 mln. manat idi.
Xatırladaq ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli qərarına əsasən, işçi sayı 1 – 10 nəfər və illik gəliri 200 min manata qədər olan sahibkarlıq subyektləri mikro sayılır.