“Bayerische Motoren Werke AG” şirkəti qısaqapanma ehtimalı səbəbindən ABŞ-də 720.8 min, Çində isə 1.36 milyon avtomobili geri çağırır, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Çin Xalq Respublikasının Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının açıqlamasında bildirilir ki, kampaniya 2003-2017-ci illərdə istehsal olunmuş avtomobillərə aiddir.