20 C
Baku
Wednesday, October 9, 2024

Dövlət Statistika Komitəsi sədrinin birinci müavini dəyişib

Dövlət Statistika Komitəsisədrinin birinci müavini Həmid Bağırov vəzifəsindən azad edilib. APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan prezidenti müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Vahab Məmmədov Dövlət Statistika Komitəsi sədrinin birinci müavini təyin edilib.

 

V. Məmmədov 1963-cü il avqustun 27-də Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İqtisad elmləri namizədidir. 1987-ci ildə Əli Bayramov adına Bakı istehsalat birliyində mühasib, 1987-1992-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda iqtisadçı və elmi işçi vəzifəsində işləyib. 1988-1991-ci illərdə aspiranturada təhsilini davam etdirmiş və Moskva şəhərində Mərkəzi Əmək İnstitutunda elmi işini müdafiə edib. 1992-1993-cü illərdə Əmək və Sosial Məsələlər Komitəsində aparıcı iqtisadçı, baş iqtisadçı, 1993-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdirinin müavini, 1994-1997-ci illərdə Əlillərin Sosial Müdafiəsi Fondunda sədrin müavini, 1997-2015-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində idarə rəisinin müavini, idarə rəisi, şöbə müdiri vəzifələrində çalışıb. Bununla yanaşı, 2000-2001-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində direktor vəzifəsində işləyib. 2015-ci il oktyabr ayının 19-dan Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilib.

 

Dövlət qulluğunun müşaviridir. Evlidir, iki övladı var.

Son xəbərlər
Digər xəbərlər