7 C
Baku
Thursday, December 12, 2024

Ermənistanın müvəqqəti işlər vəkili Belarus XİN-ə ÇAĞIRILDI

Ermənistanın müvəqqəti işlər vəkili Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, buna səbəb Ermənistanın “Respublika uğrunda” partiyasının nümayəndələrinin Belarusun İrəvandakı səfirliyinə kartof, yumurta və pomidor atması olub.

Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın kimsəyə lazım olmadığını demişdi. Buna etiraz əlaməti olaraq Ermənistan müxalifəti Belarus səfirliyinin qarşısında aksiya keçirib.

Son xəbərlər
Digər xəbərlər