“Apple” korporasiyası 2024-cü ildə texnologiya şirkətlərinin ən qiymətli brendləri reytinqində birinci yeri tutub. Bu barədə beynəlxalq konsaltinq təşkilatı “Brand Finance” çərşənbə günü öz hesabatında məlumat verib.
Ona əsasən, “Apple” brendinin dəyəri 2023-cü ildən bəri 74% artaraq 516.6 milyard dollara çatıb. “Microsoft” korporasiyası 340.4 milyard dollar dəyərlə ikinci yerdə qərarlaşıb. İlk üçlüyü 333.4 milyard dollar dəyərlə “Google” tamamlayır, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.
Eyni zamanda, ən sürətli artımı (163%) sonuncu reytinqdən bəri 19 pillə yüksələrək və 44.5 milyard dollar dəyərlə 10-cu yeri tutan “Nvidia” nümayiş etdirib.
“Brand Finance” – 20 ölkədə ofisləri olan aparıcı beynəlxalq brend qiymətləndirmə məsləhətçisidir. “Brand Finance” metodologiyasına əsasən, “brend gücü” marketinq, kapital və biznes fəaliyyətinə qoyulan investisiyaların qiymətləndirilməsini özündə əks etdirən balanslaşdırılmış göstərici sistemi ilə hesablanır.