Kanadanın mədən şirkəti “Lucara Diamond” Botsvanadakı “Karowe” mədənində 2492 karatlıq almaz kəşf etdiyini açıqlayıb. Bu, yer üzündə almaz hasilatının bütün tarixində çəkisinə görə ən böyük almazlardan biridir.
“Lucara Diamond”un sözlərinə görə, almaz böyük brilyantları bütövlükdə aşkar edib çıxarmağa imkan verən xüsusi rentgen texnologiyasından istifadə etməklə əldə edilib, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.
Daha əvvəl həmin şirkət eyni yataqdan 1758 (2019-cu ilin aprelində) və 1109 karatlıq (2015-ci ilin noyabrında) almazlar kəşf etmişdi. Qeyd edək ki, mütləq rekord Cənubi Afrikada olub, harada ki 1905-ci ildə 3016.75 karatlıq almaz tapılmışdı.