Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Tofiq oğlu Osmanov vəzifəsindən ayrılıb.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.
O, AMB-də 2005-ci ildən çalışır, 2013-cü ildən 2020-ci ilə qədər qurumun İnformasiya texnologiyaları departamentinin direktoru olub, 2020-ci ilin yanvar ayından isə Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib.