Nijni-Novqorodda hüquq-mühafizə orqanlarının əməkdaşları milyarder Dmitri Volodini məmura rüşvət verməkdə şübhəli bilinərək saxlayıblar.
Bu barədə rus KİV-ləri məlumat yayıb.
Məlumata görə, Volodin 2023-cü ildə Rosreestr əməkdaşına rüşvət verməkdə şübhəli bilinir. Digər təfərrüatlar və hallar açıqlanmayıb.
Qeyd edilir ki, Volodin “Ədalətli Rusiya”nın regional bölməsinin deputatı olub. Onun ölkədə ondan çox şirkəti var, o həm də xeyriyyəçi kimi fəaliyyət göstərir.