9 C
Baku
Wednesday, November 13, 2024

İyulda xarici turistlərin bank kartları ilə alış-veriş həcmi rekord vurdu: 267 milyon manat!

Azərbaycana səyahətə gələn turistlərin bank kartları ilə əməliyyatların həcmi cari ilin ilk yeddi ayının sonuna 1 milyard 471.5 milyon manata yüksəlib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 222.9 milyon manat və ya 18% artım deməkdir.

Təkcə iyul ayında 267.2 milyon manatlıq əməliyyatlar aparılıb və bu son illərin qeydə alınmış ən iri həcmli əməliyyatıdır.

İyul ayında “Visa” kartları ilə əməliyyatların həcmi  6.55 mln. olmaqla 163 milyon manatlıq, “MasterCard” kartları isə 3.24 mln. və ya  100.8 mln. manatlıq əməliyyatlar həyata keçib.

435093049

Son xəbərlər
Digər xəbərlər