15 C
Baku
Saturday, October 19, 2024

Kamala Harrisin kampaniyası bir ay ərzində $540 mln. ianə toplayır

Kamala Harrisin seçki qərargahı bildirib ki, Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd seçki kampaniyası başlayandan bir ay ərzində sponsorlardan 540 milyon dollar toplayıb, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

İyulun 21-də Co Bayden noyabrda keçiriləcək prezident seçkilərindən geri çəkildiyini açıqlayıb. O, demokratlara bu vəzifəyə öz vitse-prezidenti Kamala Harrisin namizədliyini irəli sürməyi təklif edib. Bir neçə saat sonra ABŞ Federal Seçki Komissiyası onun namizədliyi ilə bağlı bildiriş alıb.

Donald Trampın seçki qərargahı Co Baydenin seçki kampaniyasından toplanan vəsaitin ABŞ-nin vitse-prezidenti Kamala Harrisə köçürülməsini qanun pozuntusu hesab edib. Cənab Trampın nümayəndələri Federal Seçki Komissiyasına şikayət ediblər.

Son xəbərlər
Digər xəbərlər