19 C
Baku
Friday, September 20, 2024

Azərbaycanın aviaşirkətlərinin yükdaşımalardan gəlirləri 1.3 mlrd. manata çatıb – ilk yarımildə

Azərbaycanın aviaşirkətlərinin 2024-cü ilin birinci yarısında yük daşınmasından əldə olunan gəlirlər 1 milyard 287.9 milyon manata çatıb.

Banker.az xəbər verir ki, bu da 2023-cü ilin eyni dövrünü 27.9% üstələmiş olub.

Keçən ilin eyni dövründə yükdaşımalardan gəlirlər 1 milyard 6.85 milyon manat olmuşdu.

Xüsusilə beynəlxalq əlaqələr üzrə gəlirlər 1 287 203,4 min manat təşkil edib, bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 27.9% artım deməkdir. Daxili əlaqələr üzrə isə gəlirlər 694.8 min manata çataraq 13.2% artım edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilin ilk yarısıdnda hava nəqliyyatı yük daşınması sahəsində də əhəmiyyətli artım müşahidə olunub. Ümumilikdə 209.7 min ton yük daşınmışdır ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 23.8% çoxdur. Beynəlxalq daşımalar 207 min ton təşkil edərək 24% artım göstərib, daxili daşımalar isə 2.7 min tona çataraq 12.5% artıb.

Son xəbərlər
Digər xəbərlər