13 C
Baku
Friday, November 22, 2024

Xalq Bank əmanətçilərinə özəl yeni kampaniya

®Xalq Bank əmanət yerləşdirən müştərilər üçün yeni kampaniya təqdim edir. 26 noyabradək Bankın “Proqress” və “Müddətli” əmanət məhsulları üzrə ABŞ dolları valyutasında depozit yerləşdirən  fiziki şəxs müştərilərinə 1 illik Mastercard Black Edition kartı pulsuz təqdim olunur. Kampaniyada iştirak etmək üçün minimal əmanət məbləği 5000 ABŞ dollarıdır. Hədiyyə kartın valyutası müştəri istəyinə əsasən seçilə bilər.

“Müddətli” əmanəti – sizə ABŞ dolları valyutalı sərbəst vəsaitlərinizi 6/9/12 ay müddətinə yerləşdirməklə əlavə gəlir qazandırır. “Proqress” əmanəti əlavə olaraq depozit məbləğinin artırılması imkanını da təqdim edir.

Qeyd edək ki, Mastercard Black Edition kartı ilə dünyanın hər yerində eksklüziv xidmətlər və imtiyazlardan yararlanmaq, vəsait nağdlaşdırmaq və ödənişlər aparmaq mümkündür. Kart səyahət sığortası proqramı, müxtəlif hava limanlarının biznes zallarına ildə 10 dəfə ödənişsiz keçid, hava limanlarında ildə 10 dəfə pulsuz sürətli keçid (Fast Track), həmçinin Mastercard Travel Rewards platformasının endirim imkanlarını təqdim edir.

Uzun illərdir ki, müştərilərin öz vəsaitlərini rahatlıqla etibar etdiyi Xalq Bank 2024-cü ilin ikinci rübünün nəticələrinə əsasən depozit portfelinin həcminə görə Azərbaycanın ən böyük özəl banklarının üçlüyü sırasındadır. Qeyd edək ki, Xalq Bankda yerləşdirilmiş əmanətlər “Əmanətlərin Sığortalanması Fondu”nun qaydalarına uyğun olaraq sığortalanır.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər