“Morgan Stanley”dən olan əmtəə bazarı analitikləri qeyd ediblər ki, yay mövsümü bitdikcə neftə tələb azalacaq, Banker.az bu barədə ProFinance.ru saytına istinadən xəbər verir.
Eyni zamanda, OPEC ölkələri və bu karteldən kənar ölkələr bu ilin 4-cü rübündən etibarən tədarük həcmini artırmalıdır. Bunun fonunda bazar kəsiri 2025-ci ildə azalaraq profisitə çevrilməlidir.
Bu səbəbdən analitiklər 4-cü rüb və bütün 2025-ci il üçün Brent markalı neftin qiyməti ilə bağlı proqnozlarını aşağı salıblar.
Mütəxəssislər həmçinin əsasən Çin hesabına qlobal tələb artımı proqnozunu gündəlik 1.2 milyon bareldən 1.1 milyon barelə endiriblər.
Belə ki, Aşağı iqtisadi artım, elektrik nəqliyyat vasitələrinin və LPG ilə işləyən avtomobil nəqliyyatının geniş yayılması ölkədə tələbata təzyiq göstərir.