“Azmikroinvest” Bank Olmayan Kredit Təşkilatı MMC-nin nizamnamə kapitalı yenidən artırılıb.
Banker.az xəbər verir ki, BOKT-nin nizamnamə kapitalı 100 000 manat və ya 6.5 faiz artımla 1 638 600 manata qaldırılıb.
BOKT-nin səhmdarı keçən il dəyişdirilib. Təşkilatın nizamnamə kapitalı Aysel Quliyeva Qüdrət qızı tərəfindən satın alınıb və onun bu əməliyyatdan sonra BOKT-dəki payı 100 faiz olub. Buna qədər 100% pay ilə İlqar Əhmədzadə adlı Azərbaycan vətəndaşına məxsus idi.
May ayında “Azmikroinvest”ə 100 000 manat və ya 7% artırılmaqla 1 538 600 manata qaldırılmışdı.
Artıq iki dəfə ümumilikdə 200% nizamnamə kapitalı artırılıb.
Aysel Quliyeva BOKT-nin ali idarəetmə orqanına rəhbərlik etsə də, o şirkətin idarə strukturunda iştirak etmir. Kredit təşkilatının Müşahidə Şurasının sədri Nicat Ramazanov Ağa-Kərim oğlu, təkbaşına direktor isə İradə İbrahimova Hafiz qızıdır.
BOKT 2023-cü ili 32 min manata yaxın zərər edib. BOKT 1.27 mln. manat aktivlərə sahibdir.