Sumqayıt şəhərində Xəzər dənizinə qarşı hündürlüyü 1 metr 60 santimetr, uzunluğu isə 3700 metr olan istinad divarı tikilir.
Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) mətbuat xidmətindən bildirilib.
Məlumata görə, hazırda Nəsimi adına Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkı ilə birlikdə 186 hektar ərazini əhatə edən bulvarda iş sürətlə həyata keçirilir: “Gənclər şəhəri üçün böyük əhəmiyyət kəsb edən bulvar ərazisinin daha geniş olması nəzərdə tutulub. Layihədə müasir tipli otellər, ticarət mərkəzi, uşaqlar üçün əyləncə məkanları, kafe, restoran və çoxmərtəbəli yaşayış binalarının tikintisi də nəzərdə tutulur”.
Report