17 C
Baku
Friday, October 18, 2024

Aİ Maduronu Venesuelanın prezidenti kimi tanımaqdan imtina edib

Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Nikolas Maduronu Venesuelanın qanuni prezidenti kimi tanımamaq barədə razılığa gəliblər, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

“Biz qərara gəldik ki, Maduronun seçilmiş prezident kimi legitimliyini qəbul edə bilmərik. Buna baxmayaraq, o, təbii ki, ölkənin faktiki prezidenti olaraq qalacaq”, – deyə Borrell söyləyib.

Venesuelada prezident seçkiləri iyulun 28-də keçirilib. Ölkənin Milli Seçki Şurasının məlumatına görə, Nikolas Maduro 51.2% səs toplayıb. Avqustun 4-də Josep Borrell bildirib ki,  Aİ Venesueladakı seçkilərin nəticələrini tanımır və ölkə hakimiyyətinin səslərin hesablanmasının bütövlüyünü təsdiq edəcək sübut təqdim etməyib.

Son xəbərlər
Digər xəbərlər