13 C
Baku
Saturday, November 23, 2024

Güzəştli əsaslarla yaşa görə pensiya hansı halda yenidən hesablanır?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən şəxs fasiləsiz olaraq pensiyaçı kimi 6 il işlədikdə və ya 6 ildən tez işdən azad olunaduqda onun pensiya məbləği sonradan işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı əsasında yenidən hesablanır.

1. Məsələn, şəxsə 2017-ci ilin 1 mart tarixində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib və o, işləməyə davam edir. Bu halda 2023-cü ilin 1 mart tarixində şəxsin fasiləsiz 6 il işlədiyi 01.03.2017-ci il tarixindən 01.03.2023-cü il tarixinədək olan dövr üzrə toplanmış 21800 manat (ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla) pensiya kapitalı 72-ə bölünməklə pensiya məbləği yenidən hesablanır.

2. Məsələn, şəxsə 2021-ci ilin 1 sentyabr tarixində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib və işləməyə davam edir. O, 2023-cü ilin 1 may tarixində işdən azad olunub və fərdi hesabının sığorta hissəsində 01.09.2021-ci il tarixindən 01.05.2023-cü il tarixinədək 3100 manat (ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla) pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (3100 manat) 124-ə (144-20 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) =120) bölünməklə pensiya məbləği yenidən hesablanır.

Son xəbərlər
Digər xəbərlər