16 C
Baku
Friday, October 18, 2024

“Bloomberg”: Rusiyanın ən zəngin iş adamlarının sərvəti $28.4 mlrd. artıb

Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2024-cü ilin əvvəlindən 28.431 milyard dollar artıb, Banker.az bu barədə TASS-a istinadən xəbər verir. “Bloomberg Billionaires Index”in məlumatına görə, ilin əvvəlindən “Severstal”ın təsisçisi Aleksey Mordaşov 5.73 milyard dollar qazanıb, onun sərvəti 26.6 milyard dollara yüksəlib.

“Evroxim”im həmtəsisçisi Andrey Melniçenkonun sərvəti isə 5.26 milyard dollar artaraq 24.1 milyard dollara çatıb. İlk üçlüyü “Lukoil”in təsisçisi Vahid Ələkbərov tamamlayır – onun sərvəti 3.59 milyard dollar artaraq 28.2 milyard dollar olub.

Ən böyük itki ilə Rusiyanın dəmir filizi istehsalçısı olan “Metalloinvest”in səhmdarı Alişer Usmanov qarşılaşıb. Milyarderin sərvəti 5.51 milyard dollar azalaraq 15.6 milyard dollara düşüb.

Qeyd edək ki, “Bloomberg Billionaires Index” 2012-ci ildə başlayaraq dərc edilir və dünyanın ən zəngin adamlarının sərvətini əks etdirir.

Son xəbərlər
Digər xəbərlər