13 C
Baku
Saturday, November 23, 2024

“Volkswagen” Almaniyadakı zavodları bağlayır

“Volkswagen” avtomobil istehsalçısı xərcləri azaltmaq məqsədilə Almaniyadakı zavodları bağlamağı nəzərdən keçirir. Bundan əlavə, şirkət 2029-cu ilə qədər iş yerlərini qorumaq öhdəliyi qoyan həmkarlar ittifaqları ilə müqaviləni ləğv etməyi düşünür, Banker.az bu barədə The Bell nəşrinə istinadən xəbər verir.

Bütün 87 illik tarixdə “Volkswagen” heç vaxt öz ölkəsində istehsalı dayandırmayıb. Mütəxəssislərin fikrincə, elə bir addım Olaf Şoltsun hökumətinə növbəti zərbə olacaq və həmkarlar ittifaqları ilə əsl müharibəyə səbəb olacaq, “Bloomberg” yazır.

Hazırda “Volkswagen”in dünya üzrə 650 min işçisi var ki, bunun da 300 mini Almaniyadadır. Şirkətin cari əməliyyat marjası 2.3%-dir, 2026-cı il üçün isə hədəf 6.5% təşkil edir. Ötən il “Volkswagen” 322 milyard avro gəlir əldə edib və 9.4 milyon avtomobil buraxıb.

Son xəbərlər
Digər xəbərlər