18 C
Baku
Friday, September 20, 2024

Azərbaycanda ödəniş bazarına daha bir fintex daxil olur

Azərbaycanda yeni fintex şirkəti “Azwallet” təsis edilib və şirkət elektron pul təşkilatı bazarında fəaliyyət göstərəcək.

Banker.az xəbər verir ki, Dövlət Vergi Xidməti  “Azvvallet” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1308923721) dövlət qeydiyyatına alıb.

Şirkət Bakı şəhəri Yasamal rayonu, Kamal Rəhimov ev.15 m.50 ünvanında dövlət qeydiyyatına alınıb.

Onun nizamnamə kapitalı 750 000 manatdır, hansı ki, bu ödənişlər bazarında icazə lisenziyası mandatına sahib Mərkəzi Bankın normativinə uyğundur.

Şirkətin qanuni təmsilçi Ceyhun Nağıyev Vaqif oğludur. O, həm də hazırda “CRE Management Azerbaijan” MMC-nin baş icraçı direktorudur.

Azərbaycan Mərkəzi Bankı 2024-cü ildən etibarən ödəniş sistemləri bazarında lisenziya təqdim etmə səlahiyyətini əldə edib. AMB-nin standartına əsasən, şirkət təsis edildikdə ondan tələb olunan əsas normativlərdən biri nizamnamə kapitalıdır.

Ödəniş təşkilatının nizamnamə kapitalının (xarici ödəniş təşkilatının yerli filialına ayrılmış vəsaitin) minimum miqdarı göstərdiyi ödəniş xidmətindən asılı olaraq dəyişir. Nizamnamə kapitalı tələbi minimumları həmin həcmlərə uyğun olaraq 100 min manatdan 500 min manata qədər dəyişir.

Elektron pul təşkilatının nizamnamə kapitalının isə (xarici elektron pul təşkilatının yerli filialına ayrılmış vəsaitin) minimum miqdarı 750 min manat məbləğində müəyyən olunub

AMB bu il bu elektron pul təşkilatlarına lisenziya təqdim edib:

  1. “A-Solutions Elektron Pul Təşkilatı” MMC
  2. “United Payment” MMC
  3. “Modenis” MMC
  4. “PashaPay” MMC
  5. “Mobile Payment Solutions” MMC
  6. “Mpay” QSC
  7. “Paysis” MMC
  8. “PulPal” MMC
  9. “Qoldenpey” ASC
Son xəbərlər
Digər xəbərlər