13 C
Baku
Friday, February 13, 2026

İT departamenti, Texniki Dəstək şöbəsinə Menecer/ Baş mütəxəssis – ZiraatBank

Vəzifəyə olan tələblər:

  • Texniki ali təhsil;
  • Effektiv, yaxşı strukturalaşdırılmış kodun yazılması bacarığı;
  • Rus və ingilis dili bilikləri arzuolunandır;
  • Şəbəkə texnologiyaları üzrə biliklər;
  • Özgə kodu anlama bacarığı;
  • Informasiya təhlükəsizliyi üzrə biliklər;
  • Müvafiq sahə üzrə 5 il təcrübə:

-Virtual sistemlər üzrə: VMware Vcenter, ESXi;

-Microsoft texnologiyaları üzrə: Windows 7-8.1, Windows Server 2003/2008/2012;

-HP, IBM və Dell server avadanlıqları üzrə;

-Terminal Server, MS Active Directory, DNS, DHC, TMG, GP, WSUS, Mail;

-Yedəklənmə texnologiyaları üzrə: Symantec, Veeam Backup&Replication, Acronis;

-Antivirus sistemləri ilə iş üzrə;

-Linux/Unix əməlliyət sistemi üzrə;

 Vəzifə öhdəlikləri:

  • Şəbəkə xidmətinin daimi işləməsinin təmin edilməsi;
  • Mərkəzləşdirilmiş şəbəkə avadanlıqları, təhlükəsizlik, əməliyyat sistemləri, səsli və informasiya kommunikasiyaları sistemlərinin dəstəklənməsi;
  • Şəbəkəyə qoşulmuş kompüterlərin, məlumat bazasının təhlükəsizliyinin və daimi işləməsinin təmin edilməsi;
  • İnfrastrukturun planlaşdırılması, inkişafı və yeni avadanlıqların alınmasının təşkil edilməsi;
  • Elektron poçtun daimi işləməsinin təmin edilməsi;
  • Bankın struktur bölmələrinin idarəedici, məlumatlandırma və texnologiyalara dair xidmətlərlə təmin edilməsi;
  • Məlumatların təhlükəsizliyini və saxlanılmasının təmin edilməsi;
  • Məlumatların elektron arxivləşdirilməsi işinin təşkil edilməsi;
  • Server avadanlıqlarının administrasiyası və texniki dəstəklənməsi;
  • Virtual sistemlərin administrasiyası və texniki dəstəklənməsi;
  • Yedəklənmə sistemlərinin adminstrasiyası;
  • Proqram təminatının monitorinqlarının aparılması;
  • Sistem problemlərinin həlli və diaqnostikası;
  • Avadanlıqların quraşdırılması və sazlanması;
  • Dəyişikliklərin sənədləşdirilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər Mart ayının 17-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində TEXNIKI DƏSTƏK qeyd etməyiniz vacibdir.

Son xəbərlər
Digər xəbərlər