13 C
Baku
Friday, November 22, 2024

Bloomberg: Rusiyanın dəniz neft ixracı ayda 3.16 mln. barelə qədər azalıb

“Bloomberg”in hesablamalarına görə, 26 avqust – 1 sentyabr həftəsində Rusiyanın dəniz neft ixracının dörd həftəlik orta həcmi gündəlik 3.16 milyon barelə düşüb. Günlük ixrac həcmi 90 min barel azalıb, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Sentyabrın 1-dən əvvəlki həftədə 29 tanker 21.7 milyon barel neft ixrac edib. Rusiyadan dəniz yolu ilə gündəlik xam neft tədarükü 250 min barel azalaraq 3.1 milyon barel olub.

Asiyaya tədarük sutkada 2.96 milyon barelə düşüb (aprel ayı orta göstəricisindən 9% aşağı). Çinə sutkada 1.19 milyon, Hindistana 1.66 milyon, Türkiyəyə isə 210 min barel neft tədarük edilib.

Son xəbərlər
Digər xəbərlər