13 C
Baku
Friday, November 22, 2024

“Azər-Türk Bank”ın səhmlərinin bir qisminin SOCAR-a ötürülməsinin təfərrüatları açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azər-Türk Bank” ASC-nin səhmlərinin 51 %-nin əldə edilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bankdakı payının bir qisminin şirkətin sərəncamına verilməsi hesabına gözlənilir.

Bunu müsahibəsində maliyyə naziri Samir Şərifov bildirib.

“Məndə olan məlumata görə, söhbət həmin Bankda dövlətə məxsus olan səhmlərin bir qisminin SOCAR-ın sərəncamına verilməsindən gedir”, – deyə nazir qeyd edib. Bununla yanaşı S. Şərifov vurğulayıb ki, bu gün qanunvericilikdə belə bir müddəa yoxdur ki, dövlət şirkəti digər dövlət orqanının hansısa əmlakını alsın.

Xatırladaq ki, SOCAR-ın “Azər-Türk Bank”ının nəzarət səhm paketinin alınması ilə bağlı məsələ şirkətin 17 iyulda keçirilən Müşahidə Şurasının iclasında müzakirə edilib.

“Azər-Türk Bank” ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətin, 12,37 %-i Türkiyənin “Zıraat Bank”ına, 1,08 %-i “Zıraat Bank İnternational”a, 6,55 %-i “AzRe Təkrarsığorta” ASC-yə, 5 %-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər