“İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs “ORN Group” MMC ilə 10 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Kliniki Tibbi Mərkəzin 1 saylı korpusunun, həmçinin 7 saylı korpus və mətbəx binasının əsaslı təmiri işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 9 902 629 manat təşkil edir.