14 C
Baku
Wednesday, November 20, 2024

Türk dünyasının ortaq əlifbası qəbul edilib

Sentyabrın 9-11-də Türk Akademiyasının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının iştirakı ilə türk dünyasının vahid əlifbası ilə bağlı danışıqların üçüncü mərhələsi başa çatıb. İclas nəticəsində türk dünyasının vahid əlifbası qəbul edilib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Türk Akademiyasından verilən məlumata görə, görüşün əsas məqsədi bu istiqamətdə aparılan tədqiqatlar və komissiyanın iki illik təcrübəsinə əsaslanaraq türk dillərinin əlifbası ilə bağlı birgə layihə üzərində işi başa çatdırmaq olub.

İclasda ilk dəfə 1991-ci ildə alimlər tərəfindən təklif edilən latın əlifbası əsasında türk dünyasının vahid əlifbası müzakirə olunub. Komissiya bu əlifba layihəsinə yenidən baxılması üçün müzakirələr aparıb.

Komissiyanın işi nəticəsində 34 hərfdən ibarət ortaq türk əlifbası haqqında razılıq əldə olunub. Təklif olunan əlifbanın hər hərfi türk dillərində rast gəlinən ayrıca fonemi təmsil edir.

Son xəbərlər
Digər xəbərlər