16 C
Baku
Friday, November 22, 2024

Azərbayanda minik avtomobili istehsalı 35% artıb

Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ilin yanvar-avqust aylarında 480,4 milyon manatlıq məhsul istehsal edilib.

Banker.az xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 36,7 faiz artmış, maşın və avadanlıqların istehsalı 29,6 faiz, sair
nəqliyyat vasitələrinin istehsalı isə 52,6 faiz azalıb.

2024-сü ilin yanvar-avqust aylarında 2627 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 685 ədəd və ya 35% çox minik avtomobili istehsal olunub. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 17,6 faiz azalıb.

Son xəbərlər
Digər xəbərlər