18 C
Baku
Sunday, September 29, 2024

Azərbaycanın xurma satışından gəliri 2 dəfəyə yaxın artıb

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycandan 27 milyon 783 min ABŞ dolları dəyərində 35 365 ton xurma ixrac edilib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, xurma ixracı bu ilin iki ayında ötən illə müqayisədə dəyər ifadəsilə 1.9 dəfə, miqdar ifadəsilə 75% artıb.

Azərbaycandan 2023-cü ilin eyni aylarında 14 milyon 750 min dollar dəyərində 20 261 ton xurma ixrac edilmişdi.

Son xəbərlər
Digər xəbərlər