Paytaxt və regionlarda fəaliyyət göstərən bəzi pərakəndə ticarət və iaşə obyektlərində bir sıra hallarda nağdsız ödənişlərin qəbulundan imtina hallarına rast gəlinir. Nağdsız ödənişlərdən imtina istehlakçıların hüquqlarının pozulmasıdır. Vergi qanunvericiliyi POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmasından və nağdsız ödənişlərin qəbul edilməsindən imtina hallarına görə maliyyə sanksiyalarının tətbiqini nəzərdə tutur. POS-terminalların quraşdırılması məcburi olan obyektlər hansılardır? Nağdsız ödəmələrdən imtina halları hansı sanksiyalara səbəb ola bilər? İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hazırlanan növbəti videoçarx bu suallara aydınlıq gətirir.