17 C
Baku
Friday, September 27, 2024

“AirPods Pro 2” simsiz qulaqlıqları eşitmə cihazı kimi istifadəyə veriləcək

“Apple” şirkəti “AirPods Pro 2” simsiz qulaqlıqlarını eşitmə cihazı kimi istifadəyə verəcək.

Bu barədə “The Washington Post” məlumat yayıb.

Bildirilib ki, şirkət bununla bağlı Qida və Dərman Administrasiyasının (FDA) icazəsini gözləyir.

Məlumata görə, mobil aksesuarlar iOS 18-ə uyğun “iPhone” və ya “iPad”lə birləşdirildikdə eşitmə cihazı kimi işləyə biləcək.

Yeniliyin “HAF” adlı proqram təminatı əsasında oktyabr-dekabr aylarında reallaşacağı bildirilir.

Son xəbərlər
Digər xəbərlər