Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında malların ticarətində azalma baş verib və vəziyyət getdikcə pisləşir.
Bu barədə Aston Universitetinin Biznes Məktəbinin hesabatında qeyd olunub. Bildirilib ki, kiçik britaniyalı istehsalçılar daha çox qayda və tənzimləmələrlə üzləşdikdən sonra Aİ-yə kiçik miqdarda ixrac etməyi dayandırıblar.
Tədqiqat 2021-2023-cü illər arasında İngiltərə mallarının Aİ-yə ixracının 27 faiz azaldığını göstərib.
Hesabat, həmçinin ticarət ixrac mallarının müxtəlifliyində də azalma olduğunu vurğulayıb. Avropa İttifaqı ölkələrinə ixrac edilən Britaniya məhsullarının çeşidi 1,645 ədəd azalıb.
Bununla belə, hesabatda bəzi sektorların, xüsusən də Almaniya və Fransa kimi daha iri Aİ iqtisadiyyatlarına ixracat baxımından dayanıqlı olduqları qeyd edilib. Tütün, dəmir yolu və təyyarə sektorlarında Aİ ölkələrinə ixracın müxtəlifliyində artımlar müşahidə olunub.