13 C
Baku
Saturday, November 23, 2024

Rusiya şirkətləri Azərbaycanın Qarabağ bölgəsinə maraq göstərir

Rusiya şirkətləri Qarabağ bölgəsinin bərpası prosesində Azərbaycanla əməkdaşlığa maraq göstərir.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Kəlbəcər rayonuna səfəri zamanı deyib.

Səfir qeyd edib ki, Rusiyanın “Abrau-Durso” şirkətlər qrupu Qarabağa maraq göstərir: “Məlumdur ki, şirkətin prezidenti Pavel Titov bu ərazilərə bir neçə dəfə səfər edib və ölkəmizdə tanınmış “Ağdam” brendinin istehsalını genişləndirmək üçün istifadəsi mümkün olan üzüm bağlarına baxış keçirib. Bundan başqa, tikinti materiallarının istehsalı ilə məşğul olan bir çox Rusiya şirkətləri də işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərməkdə maraqlıdır”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər