8 C
Baku
Sunday, November 17, 2024

Hindistan Azərbaycandan xam neft alışını azaldıb

Azərbaycan 2024-cü ilin ilk səkkiz ayında Hindistana 1 milyon 29.5 min tonluq xam neft satıb.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Xam neftin ixracının dəyəri isə $646.77 mln.-dan çox olub. Beləliklə, neftin ixrac miqdarı 8.3%, dəyəri isə 3.0% azalıb.

İxrac edilmiş xam neftin bir tonu keçən ilin ilk səkkiz ayında 593.79 dollara satıldığı halda, cari ildə bu rəqəm 628.21 dollara yüksəlib. Təqribən bir barrel bu il ortalama 83 dollardan baha olub.

Azərbaycan cari ilin ilk səkkiz ayında xaricə ümumilikdə 16 milyon 475.8 min tonluq xam neft ixrac edib və bunun da $10.31 mlrd. olub. Xam neftin bir tonu ötən ilin analoji dövründə 607.09 dollar olduğu halda, bu il  625.65 dollar olub.

Son xəbərlər
Digər xəbərlər