Sosial Tədqiqatlar Mərkəzi (STM) publik hüquqi şəxs 2023-cü ili 204 min manat zərərlə başa vurub. 2022-ci ildə STM-in zərəri 631 min manat olub ki, bu da illik müqayisədə 3 dəfə azalma deməkdir.
Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Sosial Tədqiqatlar Mərkəzi”nin cəmi gəlirləri 2 milyon 166 min manat, amortizasiya xərcləri 157 min manat, əmək haqqı və əmək haqqına görə ayırmalar 1 milyon 315 min manat, digər əməliyyat xərcləri 665 min manat olub.
Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi 2019-cu ildə yaradılıb, Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2019-cu il tarixli sərəncamı ilə Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.