18 C
Baku
Friday, September 20, 2024

Azərbaycanda bir sıra ət məhsulları bahalaşıb – SİYAHI

2024-cü ilin avqust ayında Azərbaycanda ət məhsullarının qiymətləri öncəki aylar və illərlə müqayisədə cüzi dəyişikliklər göstərib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xüsusilə mal əti, qoyun əti və toyuq əti kimi əsas məhsulların qiymətlərində dəyişikliklər müşahidə olunub.

2023-cü ilin avqust ayında sümüksüz mal ətinin qiyməti 16.39 manat təşkil edirdi. 2024-cü ilin iyulunda bu rəqəm 16.65 manata qədər yüksəlib. Avqustda isə qiymət 16.76 manata qədər artaraq 2.3% illik artım tendensiyasını davam etdirib. Sümüklü mal ətinin qiymətində isə azalma müşahidə olunub: 2023-cü ilin avqustunda 14.10 manat olan qiymət, 2024-cü ilin iyulunda 13.70 manata düşsə də, avqustda 13.93 manata çatıb.

Sümüklü qoyun əti də son aylarda artan qiymətləri ilə diqqət çəkir. 2023-cü ilin avqustunda qoyun ətinin qiyməti 15.24 manat idisə, 2024-cü ilin iyul ayında bu qiymət 16.76 manata qədər artıb. Avqust ayında isə qiymət artaraq 17.11 manata çatıb. Bu da ötən illə müqayisədə 12.2% bahalaşmadır.

Əhalinin istehlak səbətində əsas paya sahib olan toyuq məhsullarında da kiçik qiymət artımları qeydə alınıb. Məsələn, toyuq filesi 2023-cü ilin avqustunda 8.97 manat idi. 2024-cü ilin iyulunda bu rəqəm 9.14 manata yüksəlib, avqustda isə 9.16 manata çatıb. Toyuq ətinin qiymətində isə (bütün toyuq) illik artım 5.88 manatdan (2023-cü ilin avqustu) 6.01 manata (2024-cü ilin avqustu) qədər olub.

3535534534

Son xəbərlər
Digər xəbərlər